Şəhriyar Məmmədyarov Qran-priyə heç-heçə ilə başladı

Şəhriyar Məmmədyarov FIDE Qran-prisinin Berlində təşkil olunan 3-cü mərhələsində ilk görüşünü keçirib.

Newsport.az-ın məlumatına görə, B qrupunda yer alan qrosmeysterimiz almaniyalı Vinsent Keymerlə üz-üzə gəlib. Partiya heç-heçmə başa çatıb.

Qrupun digər görüşündə ABŞ-li Leyner Dominges FIDE bayrağı altında yarışan rusiyalı Daniil Dubova qalib gəlib.

​Qrup mərhələsində bütün iştirakçılar bir-biri ilə iki partiya oynayacaq. Yekunda ilk yeri tutan iştirakçılar yarımfinala vəsiqə qazanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right