"Teymur Rəcəbovun günü deyildi" Uesli So

ABŞ şahmatçısı Uesli So Çempionlar Turunun "Opera Euro Rapid" adlanan 3-cü mərhələsinin yarımfinalında millimizin üzvü Teymur Rəcəbova qalib gəlməsini şərh edib.

Newsport.az-ın məlumatına görə, o, oyunlarla bağlı bildirib: "Bu gün (dünən-red) rəqibimin günü deyildi. Oyuna başlayanda onun favorit, bir qədər üstün olduğunu düşünürdüm. Teymur əla şahmatçıdır. Açıq deyə bilərəm ki, bu mərhələdə onda nələrsə düz getmədi".

Qeyd edək ki, yarımfinalda uduzan Teymur Rəcəbov bu gün və sabah fransalı Maksim Vaşye-Laqravla 3-cü yer uğrunda görüşlər keçirəcək. So isə finalda Maqnus Karlsenlə (Norveç) qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right