Fransa Güləş Federasiyası loqoda bayrağımızın olmamasına görə üzr istədi

Fransanın Nitsa şəhərində keçiriləcək güləş üzrə Qran-pri turnirinin təşkilatçıları yarışın loqosunda Azərbaycan bayrağının olmamasına görə üzr istəyib. Bu barədə Newsport.az-a Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinin rəhbəri Sərxan Musalı məlumat verib.

O bildirib ki, Fransızlar loqonun əvvəlki yarışlara aid olduğunu deyib: “Fransızlar bizdən üzr istədilər. Onlar bildirdilər ki, bu loqo əvvəlcədən hazırlanıb və orada bəzi ölkələrin bayrağı yoxdur. Diqqətsizlik səbəbindən üzrxahlıq etdilər. Bir daha belə problem olmayacaq”.

Qeyd edək ki, Qran-pri 15 - 17 yanvarda olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right