Orxan Səfərov Avropa çempionu oldu

Çexiyanın paytaxtı Praqada Avropa çempionatı start götürüb.

Newsport.az-ın məlumatına görə, yarışın ilk günündə Azərbaycan millisinin 6 üzvü tatami üzərinə çıxıb.

66 kq çəkidə mübarizə aparan Orxan Səfərov 1/16 finalda Manuel Lombardo (İtaliya), 1/8 finalda Matej Polyak (Slovakiya) üzərində qələbə qazanıb. Yarımfinala vəsiqə uğrunda qarşılaşmada cüdoçumuz almaniyalı Sebastyan Seydli məğlub edib. Finalın bir addımlığında serbiyalı Strahinya Bunçiçə qalib gələn idmançımız finalda İsrail cüdoçusu Tal Flikeri üstələyərək qızıl medala sahib olub.

Nicat Şıxəlizadə 1/16 finalda moldovalı Vadim Buneskuya qalib gəlib. Təmsilçimiz fransalı Killian Le Bluxa uduzaraq 1/4 finalın astanasında dayanıb.

Qadın cüdoçularımız Aişə Qurbanlı, Leyla Əliyeva, Gültac Məmmədəliyeva və Aleksandra-Larisa Florian isə ilk görüşündəcə uduzaraq mübarizəni dayandırıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right