Güləş üzrə Azərbaycan Çempionatı start götürüb Fotolar

Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatının açılış mərasimi keçirilib.  

Newsport.az xəbər verir ki, çempionatın aşılış mərasimi idmançıların paradı ilə başlayıb.  Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə bədən tərbiyəsinə və idmana, o cümlədən güləşə göstərdiyi diqqət və qayğıdan, habelə idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları uğurlardan söhbət açıb.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev bildirib ki, güləşin inkişafı bu kimi yarışlardan başlayır. Natiq əmin olduğunu deyib ki, bu çempionatın qalib və mükafatçıları yığma komandanın üzvü kimi gələcəkdə ölkəmizi beynəlxalq yarışlarda məsuliyyətlə təmsil edəcək. Daha sonar çıxış edən Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti Sahib Ələkbərov vurğulayıb ki, güləşçilər daima ölkə başçısı İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğıdan ruhlanaraq yüksək nailiyyətlər qazanır, xalqımızı sevindirir.  Parad iştirakçıları xalçanı tərk etdikdən sonra yarışlar davam edib.  Xatırladaq ki, ilk yarış günündə 55, 63, 72, 82 və 97 kq çəki dərəcəsində yunan-Roma güləşi üzrə 90 pəhləvan mübarizə aparıb. 

Məlumat üçün bildirək ki, Çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə mükafatlandırılacaq, onlar ölkə yığma komandasının heyətinə cəlb ediləcək və il ərzində komandanın iştirak edəcəyi beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək imkanı qazanacaqlar. 

 


 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right