Rüstəm Orucov gümüş medal qazandı Yenilənib

Azərbaycan cüdoçusu Rüstəm Orucov Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında final mərhələsinə yüksəlib.

Newsport.az-ın məlumatına görə, 73 kq çəki dərəcəsinə mübarizə aparan Rüstəm Orucov dünya çempionatının yarımfinalında koreyalı idmançı Çanqrim Anı ipponla məğlub edib.

26 yaşlı cüdoçu finalda yaponiyalı Soiçi Haşimoto ilə qarşılaşacaq.

***

Yapon idmançı Soiçi Haşimoto təmsilçimizdən güclü olub. R. Orucov “qızıl xal”la uduzaraq gümüş medalla kifayətlənməli olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right