Boksda ilk medalımız rəsmiləşdi

IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən boks yarışlarında yarımfinal mərhələsinə start verilib. 

Newsport.az-ın məlumatına görə, bu mərhələdə Azərbaycan millisinin heyətində ilk olaraq rinqə Tayfur Əliyev çıxıb.
 
56 kq çəki dərəcəsində mübarizə aparan 20 yaşlı idmançı özbəkistanlı Abdulxay Şaraxmatovla döyüşüb. 1/4 finalda Taoufik Kaçfini asanlıqla mübarizədən kənarlaşdıran Əliyev bu dəfə eyni uğuru təkrarlaya bilməyib. O, rinqdən 0:5 hesablı məğlubiyyətlə ayrılıb.
 
Nəticədə Əliyev İslamiadanı bürünc medalla başa vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right