Azərbaycan Basketbol Liqasında ilk tura yekun vuruldu

Azərbaycan Basketbol Liqasında ilk turun oyunları yekunlaşıb.

 

Federasiyanın mətbuat xidmətindən Newsport.az-a verilən məlumata görə, ikinci oyun gününün ilk qarşılaşması "AAAF Xırdalan BK" və "Neftçi İK" komandaları arasında keçirilib. Oyun 80-77 hesabı ilə "Neftçi İK" komandasının qələbəsi ilə başa çatıb. Görüşün ən məhsuldar oyunçuları "AAAF Xırdalan BK"dan Devin Pullum (27 xal) və "Neftçi İK"dan Mohsen Moradxani (21 xal) olub.

 

İkinci qarşılaşma "Gəncə BK" və "Olimpik Şəki BK" komandaları arasında keçirilib. Gəncə basketbolçuları 85-69 hesabı ilə qalib gəliblər.

Abdulay Bundu ("Gəncə BK" , 20 xal ) və Delvin Haf ("Olimpik Şəki BK", 26 xal ) qarşılaşmanın ən məhsuldar oyunçuları olublar.

 

Günün son oyunu "Sabah BK" və "Zirvə Astara BK" komandaları arasında baş tutub. Bu oyunda "Sabah BK" 69-61 hesabı ilə qalib gəlib.

Ən məhsuldar oyunçular Udun Osakue ("Sabah BK", 23 xal) və Zo Tyson ("Zirvə Astara BK", 15 xal) olublar.

 

Qeyd edək ki, mövsümün açılış oyunu "Sərhədçi PİK" və "NTD BK" komandaları arasında baş tutub. Görüş "NTD BK" kollektiivnin 77-71 hesablı qələbəsi ilə başa çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right