Basketbol üzrə kişilərdən ibarət Azərbaycan milli komandası kiçik ölkələr arasında keçirilən Avropa çempionatında növbəti matçına çıxıb.
Newsport.az-ın məlumatına görə, serbiyalı mütəxəssis Aleksandar Trifunoviçin rəhbərlik etdiyi yığma yarımfinalda Malta seçməsi ilə qarşılaşıb.
Komandamız turnirə ev sahibliyi edən Malta komandası ilə yenə bacarmayıb. Milli yekunda parketdən 52:59 hesablı məğlubiyyətlə ayrılıb.
Xatırladaq ki, Azərbaycan yığması qrup mərhələsində məhz bu rəqiblə qarşılaşmış və 71:73 hesabıyla məğlub olmuşdu.