Vitali Borisovun millimizə baş məşqçi təyinatı təsdiqləndi

Vitali Borisov futzal millimizin baş məşqçisi vəzifəsinə təsdiqlənib. 

Newsport.az xəbər verir ki, bu barədə AFFA İcraiyyə Komitəsinin iclasından sonra baş katib Sərxan Hacıyev jurnalistlərə açıqlamasında deyib. 

“Vitali Borisovun kimliyi futzalsevərlərə yaxşı tanışdır. Onun adı millinin baş məşqçisi vəzifəsinə namizəd kimi irəli sürülmüşdü. İcraiyyə Komitəsi də Borisovun namizədliyini təsdiqlədi. O, artıq millimizin yeni baş məşqçisidir”, - deyə S.Hacıyev bildirib.

Qeyd edək ki, Vitali Borisov Azərbaycan millisinin, eləcə də “Araz-Naxçıvan”ın heyətində çıxış edib, kapitan sarğısını daşıyıb. O, futzalçı kimi müxtəlif illərdə Rusiya və Serbiya klublarında da legioner həyatı yaşayıb. Məşqçi kimi isə 2 il əvvəl “Neftçi” İK-da fəaliyyət göstərib. O, komandada köməkçi-məşqçi vəzifəsini icra edib. 2021-2022-ci il mövsümündə “Neftçi” İK Yüksək Liqanın bürünc medalını qazanıb, Azərbaycan kubokunun qalibi olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right