“Polşa qrupda əsas rəqibimizdir" Millimizin futzalçısı

“Oyundan və nəticədən razı qaldım. Bizim üçün vacib matç idi. Polşa qrupda əsas rəqibimizdir”.

Newsport.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin futzalçısı Rafael Vilela Bakıda Polşa yığmasına 4:3 hesabı ilə qalib gəldikləri dünya çempionatının əsas seçmə mərhələ oyunu barədə federasiyanın rəsmi saytına açıqlamasında deyib.

Sözügedən qarşılaşmada iki qol vuran braziliyalı hücumçu bildirib ki, fərqlənməklə komandaya faydalı olmaq bir başqa sevincdir:

“Güclü oyunçulara sahibik və qarşıya qoyulan məqsədə çatmaq üçün potensialımız var. Oyundan-oyuna daha yaxşı olacağıq. İndi mövsümün əvvəlidir, bəzi futzalçılarımız tam formada deyil, zədəlilərimiz var”.

Vilelanın sözlərinə görə, Polşa ilə matçda hesab 3:1 olduqdan sonra daha diqqətli oynamalı imişlər:

“Çünki qarşımızda güclü rəqib var idi. Təəssüf ki, səhvlərdən qaça bilmədik. Amma önəmli olan yekun nəticə idi ki, biz də bunu xeyrimizə dəyişə bildik”.

Dünən istirahət etdiklərini söyləyən oyunçu, artıq Yunanıstanla matçın hazırlığına başladıqlarını əlavə edib:

“Bu gün Bakıda son məşqimizi keçəcəyik və Afinaya yollanacağıq. Rəqibə hörmətlə yanaşırıq. Qarşımlzdakı komandanın zəif və ya güclü olmasından asılı olmayaraq, qələbə üç xal verir. Biz də xal ehtiyatımızı artırmaq üçün mütləq qalib gəlməliyik”.

Yunanıstan – Azərbaycan görüşü oktyabrın 11-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right