Roninyo: "Azərbaycan millisi ilə oyun qardaş qırğınına bənzəyirdi"

"Bu, qardaş qırğınına bənzər oyun idi".

Newsport.az xəbər verir ki, bunu Gürcüstan millisinin futzalçısı Roninyo Niderlanddakı Avropa çempionatında Azərbaycan yığmasına qarşı keçirdikləri oyunla bağlı danışarkən deyib.

Belçikanın "Alle Qoyk" klubunda çıxış edən oyunçu Azərbaycan yığmasındakı komanda yoldaşı Eduardo Borgeslə matçdan əvvəl söhbət etdiyi bildirib: "Əvvəlcə gülə-gülə dedik ki, hər iki komanda 1/4 finala vəsiqə qazana biləcəksə, heç-heçə bizi tam qane edər. Meydanda qəribə mübarizə getsə də, heç kim əlindən gələni əsirgəmirdi".

Braziliya əsilli oyunçu Gürcüstan seçməsinin ilk dəfə qitə çempionatında iştirak etdiyini xatırladıb: "İspaniya, Azərbaycan, Bosniya və Herseqovina ilə çox çətin qrupa düşmüşdük. İlk Avropa çempionatımızda 1/4 finala yüksələ bildik. Bu, ölkə üçün əla nəticə idi. Ancaq 1/4 finalda Rusiyaya uduzduq - 1:3. Onlar isə finalda Portuqaliyaya məğlub oldular".

Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk matçda Gürcüstana 2:3 hesabı ilə uduzub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right