Millimiz Avropa çempionatında mübarizəni dayandırdı Yenilənib

Futzal üzrə Azərbaycan millisi  Avropa çempionatının qrup mərhələsində bu gün sonuncu oyununa çıxıb.

 

Newsport.az-ın məlumatına görə, Joze Alesio Da Silvanın komandası D qrupunun 3-cü turunda Bosniya və Herseqovina ilə üz-üzə gəlib. Amsterdamdakı "Ziggo Dome" zalında oynanılan qarşılaşma millimizin 4:2 hesablı qələbəsiylə başa çatıb.

 

Bu nəticəyə baxmayaraq Azərbaycan millisi Avropa çempionatında çıxışını başa vurub. Yığmamız qrupu 3-cü pillədə tamamlayıb.

 

Avropa çempionatı

D qrupu, 3-cü tur

29 yanvar

20:30 Azərbaycan - Bosniya və Herseqovina 4:2

Qollar: Bolinya, 13:22, Eduardo, 10:02, Vilela 32:35, Qallo, 39:52 - Radmiloviç 11:50, Kahvedziç, 31:20

Hakimlər: Daniel Matkoviç (İsveçrə), David Qrondal Nissen (Danimarka), Yan Kresta (Çexiya)

Amsterdam. "Ziggo Dome"

 

20:30. Gürcüstan - İspaniya 0:8

Xal durumu: İspaniya- 7. Gürcüstan - 6. Azərbaycan - 4. Bosniya və Herseqovina - 0.

 

Qeyd edək ki, qrupdakı ilk matçında Gürcüstana 2:3 hesabı ilə uduzan Azərbaycan millisi ikinci görüşdə İspaniya ilə heç-heçə edib - 2:2.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right