Azərbaycan yığması əsas mərhələdə

U-19 mübarizəyə əsas mərhələdən başlayacaq
 
19 yaşadək futzalçılardan ibarət milli komandalar arasındakı ilk Avropa çempionatında 35 komanda qatılacaq.
 
Newsport.az-ın məlumatına görə, həlledici mərhələyə ev sahibliyi edəcək milli istisna olmaqla qalan 34 komanda ilkin və əsas mərhələdə yarışacaq. Daha doğrusu, reytinq cədvəlində son 8 sırada yer alan komandalar 21 - 26 yanvarda keçiriləcək ilkin mərhələdə iştirak edəcək. Komandalar hər birində 4 iştirakçı olmaqla 2 qrupa bölünəcəklər. Ancaq qrup qalibləri əsas mərhələdə yarışacaq. Elə millimiz də mübarizəyə bu mərhələdən başlayacaq.
 
26 - 31 martda keçiriləcək əsas mərhələdə 28 komanda iştirak edəcək. Bu dəfə komandalar 7 qrupda mübarizə aparacaq. 7 qrupun qalibi həlledici mərhələdə mübarizəni davam etdirmək hüququ qazanacaq. Hələlik final mərhələsinin hansı ölkədə keçiriləcəyi məlum deyil. Finalçı ölkənin adı sentyabrın 27-də keçiriləcək UEFA İcraiyyə Komitəsinin iclasında müəyyənləşəcək. Gürcüstan və ya Latviya gələn ilin sentyabrında keçiriləcək həlledici raunda ev sahibliyi etmək istəyir. Seçmə mərhələnin püşkü noyabrın 1-də Nyon şəhərində keçiriləcək. Qalibin adı isə 2019-cu ildə 8-14 sentyabr tarixlərində baş tutacaq final mərhələsində müəyyənləşəcək.
 
Reqlamentə əsasən, 8 komanda bu mərhələdə iki qrupda yarımfinala yüksəlmək üçün mübarizə aparacaq. İlkin və əsas mərhələdən mübarizəyə başlayacaq komandaların siyahısını diqqətinizə çatdırırıq:
 
İlkin mərhələ (21-26 yanvar)
İsveç, Monteneqro, Kosovo, Yunanıstan, Litva, Kipr, Andorra, San Marino
 
Əsas mərhələ (26-31 mart)
Rusiya, İspaniya, Portuqaliya, Qazaxıstan, Ukrayna, Azərbaycan, İtaliya, Serbiya, Sloveniya, Xorvatiya, Macarıstan, Çexiya, Rumıniya, Polşa, Fransa, Slovakiya, Belarus, Hollandiya, Bosniya və Herseqovina, Belçika, Gürcüstan*, Makedoniya, Finlandiya, Latviya*, Türkiyə, Moldova, İngiltərə
 
Qeyd edək ki, Gürcüstan və Latviya federasiyalarından biri final mərhələsinə ev sahibliyi edəcək.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right