"Olimpiya" - "Qarabağ" matçının hakimləri açıqlandı

"Qarabağ"ın Avropa Liqası pley-off mərhələsinin "Olimpiya" ilə Sloveniyada keçirəcəyi ilk oyuna təyinatlar açıqlanıb.

Newsport.az xəbər verir ki, qarşılaşmanı Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Georgi Kabakov olacaq. Ona yan xətt hakimləri Martin Marqaritov və Diyan Valkov kömək edəcək. Radoslav Gidzhenov isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 24-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right