"Qarabağ" Avropa Liqasının pley-off mərhələsinə yüksəldi Yenilənib

"Qarabağ" bu gün Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununa çıxıb.

Newsport.az-ın məlumatına görə, Ağdam təmsilçisi Finlandiyada HİK-in qonağı olub. İlk görüşdə olduğu kimi cavab matçında da 2:1 hesabı ilə qalib gələn Qurban Qurbanovun baş məşqçisi olduğu komanda pley-offa yüksəlib. Bununla da, "Qarabağ" ən azı Konfrans Liqasının qrupuna vəsiqəni təmin edib.

Ağdam klubu  Avroliqanın pley-offunda "Olimpiya" (Sloveniya) ilə qarşılaşacaq. İlk qarşılaşma avqustun 24-ü “Olimpiya”nın meydanında olacaq. Cavab matçı avqustun 31-də keçiriləcək.

17 avqust

20:00. HİK (Finlandiya) - "Qarabağ" (Azərbaycan) - 1:2 

Qollar: Santeri Hostikka, 10 (1:0), Toral Bayramov, 45+3-pen (1:1), Yassin Benzia, 55 (1:2)

Qırmızı vərəqə: Kouassivi Benissan, 16-iki sarı vərəqə (HİK)
Baş hakim: Villi Delayod (Fransa)

İlk oyun - 1:2
"Bolt Arena"





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right