"Qarabağ"ın cavab oyununa fransalı hakimlər təyinat aldı

Avropa Liqasının 3-cü təsnifat mərhələsində keçiriləcək HİK - "Qarabağ" cavab oyunu üçün hakim təyinatları açıqlanıb.

Newsport.az-ın məlumatına görə, matçı Fransa Futbol Federasiyasından Villi Delayod idarə edəcək. Ona həmyerliləri Ervan Finyean, Filip Jann köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Tomas Leonard yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 17-i Finlandiyada keçiriləcək HİK - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Bu komandalar arasında ilk qarşılaşma Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right