"Nant"ın futbolçusu: "Evdə "Qarabağ"a qalib gəlməliyik"

"Nant" Avropa Liqası qrup mərhələsinin beşinci turu çərçivəsində doğma meydanda "Qarabağ"ı qəbul edəcək.

 

Newsport.az xəbər verir ki, matçdan öncə keçirilən mətbuat konfransında Fransa klubunun futbolçusu Andrey Cirotto açıqlama verib. 30 yaşlı yarımmüdafiəçi qələbə qazanmalı olduqlarını deyib:

 

"Bizim üçün vacib matçdır. "Qarabağ" ilk oyunda uduzduğumuz rəqibdir. Evdə qalib gəlməliyik. Keçən il əldə etdiyimiz formanı bərpa etməyə başlayırıq. Bununla belə, diqqətimizi cəmləməliyik".

 

Qeyd edək ki, "Nant" - "Qarabağ" qarşılaşması 27 oktyabr tarixində, Bakı vaxtilə saat 23:00-da baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right