"Kim daha hazırdısa, o da oynayır" - Qurban Qurbanov

Avropa Liqasının qrup mərhələsində evdə PAOK-a qalib gələn (2:0) “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Newsport.az-ın məlumatına görə, Qurbanov qələbəni belə şərh edib:

- Vacib qələbə qazandıq. Oyunçularda stres çox idi. Ancaq hamı bu oyunun mahiyyətini başa düşürdü. Meydanda qalib gəlmək üçün əllərindən gələni etdilər. Çox şükür ki, hər şey istədiyimiz kimi alındı. Rəqib də yaxşı komanda idi. Oyunçularıma və azarkeşlərə təşəkkür edirəm. Dünən mətbuat konfransında da bildirmişdilər ki, “bu komanda neçə oyundu uduzmur”. Ancaq gördüyünüz kimi, bu matçda qalib gələ bildik. Qarşıda bizi bu rəqiblə çətin səfər oyunu gözləyir. “Qəbələ”yə də uğurlar arzulayıram. Mətbuat konfransı tez qurtarsa, gedib “Qəbələ”nin oyununa baxacam.

- “Qarabağ” ikinci hissədə daha yaxşı təsir bağışladı. Fasilədə komandaya hansı tapşırığı verdiz?
- Bunu açıqlaya bilmərəm. Ancaq müəyyən tapşırıqlar oldu. İlk hissədə rəqib bizə çox yaxın oynayırdı. Birinci hissədə 3 qol imkanımız olsa da, dəyərləndirə bilmədik. Ancaq ikinci hissədə bunun qarşısını ala bildik. Rəqib komanda fasilədən sonra hücuma daha çox meyl etdi ki, bu da, bizə imkan yaratdı. Oyundan öncə də demişdim ki, əsas odu ki, səhvlər olmasın. Ancaq konkret hansı tapşırığı verdiyimi deyə bilmərəm.

- Bu gün meydanda gözlədiyiniz PAOK-u gördüz?
- 4 gün öncə Yunanıstanda bu komandanın oyununu canlı izləmişdim. Tam orda gördüyüm komanda idi. Sadəcə, rəqibin bəzi futbolçularını oyundan kənarlaşdırmağı tapşırmışdım ki, bunun da öhdəsindən gəlməyi bacardıq.

- Bu gün ehtiyat oyunçular skamyasında mərkəz müdafiəçisi yox idi. Sizcə, bu, risk deyildi ki?
- Meydandakı oyunçulardan müdafiənin mərkəzində oynaya biləcək futbolçular var. Məsələn, Maksim Medvedev müdafiənin mərkəzində oynaya bilir. Bundan başqa Qara Qarayaevi də bu mövqedə oynada bilərdik. Fikrimcə, elə də böyük riskə getməmişəm.

- Reynaldo zədəli olmasaydı, Dino əsas heyətdə oynayacaqdı?
- Bu barədə fikir bildirə bilməyəcəm. Kim daha hazırdısa, o da oynayır. Dino öz üzərində çalışır və əsas heyətdə oynamağa layiqdi.

- Sizcə, bundan sonra turnir cədvəlində hansı dəyişikliklər ola bilər? Bir də ki, Salonikiyə gəlməyinizdən yerli jurnalistlərin xəbəri olmayıb. PAOK rəhbərliyi bunu bilirdi?
- Xal durumu göz önündədi. Qarşıdakı oyunlarda mütləq dəyişiklik olacaq. Üstünlük PAOK tərəfdədi. Çünki “Slovan”ı da bizi də öz meydanında qəbul edəcək. Ora getməyimdən PAOK rəhbərliyinin xəbəri var idi. Orda məni çox yaxşı qarşılamışdılar. Buna görə, onlara təşəkkür edirəm.

- Mahirin oyununda razı qaldız?
- Onda bir az təcrübə çatmır. Ancaq bu gün həqiqətən bizə kömək oldu. Ona tapşırılan işi tam yerinə yetirdi. Rəqib müdafiəçiəçiləri nəzərə almaq lazımdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right