"Qurban Qurbanovun xüsusi tələbləri var idi" - Rəşad Sadıqov

Avropa Liqasının pley-off mərhələsinin cavab matçında "Höteborq”u 3-0 hesabı ilə məğlub edən "Qarabağ”ın kapitanı Rəşad Sadıqov qarşılaşmadan sonra Newsport.az saytının əməkdaşının da suallarını cavablandırıb:
 
"İlk növbədə hamını təbrik edirəm. Bu, təkcə bizim yox, hamının qələbəsidi. Üzərimizdə böyük təzyiq var idi. Çox həyəcanlı idik. Çünki oyunumuz yaxşı alınsa da, nəticə yox idi. Üzərimizdə qorxu var idi ki, yenə alınmasın. Allaha şükür ki, qələbə qazana bildik və qrup mərhələsinə adladıq”. 

 
 - Boyükhesablı qələbə gözləyirdinizmi?
- Açığı, gözləmirdim. 120 dəqiqəyə də köklənmişdik. Yaxşı ki, ilk hissədə iki qol vurub, istəyimizə nail olduq.
 
- Vurduğunuz ilk qolun taktikasını oyunun gedişində fikirləşdiniz?
- Yox. Bunu səhər məşqində fikirləşdik. Qurban Qurbanovun xüsusi tələbləri var idi. Buna görə də, künc zərbəsi üzərində xüsusi hazırlaşmışdıq. 
 
- Meydançanın pis vəziyyətdə olması oyununuza nə dərəcədə təsir etdi?
- Meydança hər iki komanda üçün pis vəziyyətdə idi. Çalışırdıq ki, necə gəldi oynamayaq. Baxımlı futbol oynayaq ki, bundan həzz alaq. 
 
- Vurduğun qola sevinmədin. Bunun səbəbi nədi?
- Bir anlıq inanmadım. Tərəddüd etdim. Gördüm uşaqlar sevinir, bildim ki, qoldu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right