“Qarabağ”ın oyununda ədaləti polşalılar qoruyacaq

Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində baş tutacaq "Goteborq” – "Qarabağ” oyununun hakimləri açıqlanıb.

Newsport.az saytının məlumatına görə, oyunu polşalı hakimlər briqadası idarə edəcək.
 
İsveçdə keçiriləcək ilk oyunun baş hakimi Pavel Raçkovski olacaq. Ona Radoslav Sneyka, Mihal Obukoviç kömək edəcək. Qarşılaşmanın 4-cü hakimi Tomaş Kvyatklovski olacaq.
 
Qeyd edək ki, Höteborqun "Qamla Ullevi” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right