"Qarabağ"ın rəqibi Bakıya gəlir Foto

Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Linkoln" klubu Azərbaycana gəlir.

Newsport.az-ın məlumatına görə, Cəbəllütariq təmsilçisini gətirən təyyarə Malaqa Hava Limanında Bakıya yola düşüb. Bu barədə klubun sosial şəbəkə hesabında paylaşım edilib.

Qeyd edək ki, "Qarabağ" - "Linkoln" qarşılaşması iyulun 19-da saat 20:00-da Bakı Olimpiya Stadionunda baş tutacaq. Komandalar arasında Cəbəllütariqdə keçirilən ilk görüş Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right