ÇL-də 1-ci təsnifat mərhələsi başlayır Yenilənir

Bu gün Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinə start verilib.

Newsport.az xəbər verir ki, ilk oyun günündə 10 matç keçirilib. Təmsilçimiz "Qarabağ" səfərdə "Linkoln"da (Cəbəllütariq) qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.

Ağdam klubunun ÇL-in 2-ci təsnifat mərhələsindəki potensial rəqibləri  “Rakuv” (Polşa) və “Flora” (Estoniya) da bu gün üz-üzə gəliblər. Matç Polşa təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

İlk qarşılaşmalar çərçivəsində digər 5 görüş sabah oynanılacaq.

Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin cavab oyunları 18-19 iyul tarixlərində keçiriləcək.

11 iyul

19:00. “Urartu” (Ermənistan) - “Zrinski” (Bosniya və Herseqovina) - 0:1
Qol: 
Seniç, 89

19:30. “Linkoln” (Cəbəllütariq) - “Qarabağ” (Azərbaycan) - 1:2
Qollar:
 Kike Qomes, 25 (1:0), Redon Cica, 59 (1:1), Yassin Benzia, 90+4 (1:2)

20:00. “Jalgiris” (Litva) - “Struqa” (Şimali Makedoniya) - 0:0

22:00. “Olimpiya” (Sloveniya) - “Valmiera” (Latviya)- 2:1
Qollar
: Nukiç, 42 (1:0), Pedro, 74 (2:0), Diop, 87 (2:1)

22:00. “Rakuv” (Polşa) - “Flora” (Estoniya) - 1:0
Qol:
 Koçergin, 54

22:00. “Hamrun” (Malta) - “Makkabi” (Hayfa, İsrail) - 0:4
Qollar:
 Pierrot, David, Pierrot, Xalaili, 85

22:45. “Ballkani” (Kosovo) - “Ludoqorets” (Bolqarıstan) - 2:0
Qollar: 
Koreniça, 45+1, Zuba, 55

22:45. “Şemrok Rovers” (İrlandiya) - "Breydablik" (İslandiya) - 0:1
Qol:
 Muminoviç, 39

22:45. “Klaksvik” (Farer adaları) - “Ferensvaroş” (Macarıstan) - 0:0

22:45. “Partizani” (Albaniya) - BATE (Belarus) - 1:1
Qollar
: Antilevski, 58 (0:1), Kara, 66 (1:1)

12 iyul

18:00. “Astana” (Qazaxıstan) - “Dinamo” (Tbilisi, Gürcüstan)

20:00. HIK (Finlandiya) - “Larn” (Şimali İrlandiya)

21:00. “Haken” (İsveç) - TNS (Uels)

21:30. “Farul” (Rumıniya) - “Şerif” (Moldova)

22:30. Slovan” (Slovakiya) - “Svift Hesper” (Lüksemburq)

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right