"Linkoln" - "Qarabağ" görüşünün biletləri satışa çıxarıldı

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin “Linkoln” - “Qarabağ” matçının biletləri satışa çıxarılıb.

Newsport.az-ın məlumatına görə, Cəbəllütariqdə keçiriləcək matç üçün biletin qiyməti 5 funt sterlinqdir (təxminən 11 manat).

Əlavə edək ki, “Linkoln” - “Qarabağ” matçı iyulun 11-də Cəbəllütariqdəki “Viktoriya” stadionunda keçiriləcək və saat 19:30-da başlayacaq.

Tərəflər arasında cavab görüşü iyulun 18-də Bakıda baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right