"Qarabağ"ın Bakıdakı oyununun da hakimləri açıqlandı

"Qarabağ"ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin "Linkoln"la cavab oyununun da hakim təyinatları açıqlanıb.

Newsport.az-ın məlumatına görə, matçı Albaniyadan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Eldorjan Hamiti olacaq. Ona yan xətt hakimləri Ridiger Çokaj və Ani Koçiaj kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Cjapi Kreşnik yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 19-da Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Linkoln" görüşü saat 20:00-da başlayacaq. Komandalar arasında ilk oyun isə iyulun 12-də Cəbəllütariqdə olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right