"Linkoln" - "Qarabağ" matçının hakimləri açıqlandı

"Qarabağ"ən Çempionlar Liqası I təsnifat mərhələsi çərçivəsində "Linkoln"la səfərdə keçirəcəyi oyunun hakimləri açıqlanıb.

Newsport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Cəbəllütariqdə baş tutacaq qarşılaşmanı Latviyadan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Vitalijs Spasjonnikovs olacaq. Ona yan xətt hakimləri Raymonds Tatriks və Arturs Sakurovs köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Aleksandrs Anufrijevs icra edəcək.

Qeyd edək ki, "Linkoln" - "Qarabağ" görüşü 11 iyul tarixində Bakı vaxtilə saat 19:30-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right