“Yuxu mənim üçün müqəddəsdir” Gündoğan

“Mançester Siti”nin yarımmüdafiəçisi İlkay Gündoğan yuxu rejimi ilə bağlı maraqlı fikirlər dilə gətirib.

Newsport.az-ın məlumatına görə, o, yuxunu müqəddəs hesab etdiyini deyib:

“Uğurlu olmağımın sirri nədədir? Bunun üçün çox danışa bilərəm. Məsələn, yuxu mənim üçün müqəddəsdir. 8-10 saat yatdıqdan sonra özümü yüz faiz hazır hiss edirəm.

Övladım dünyaya gəldikdən sonra az yatmalı idim. Lakin həyat yoldaşıma çox təşəkkür edirəm! O, hər gecə oyanır və oğluma baxır.

Pəhriz saxlayıram? Bacardığım qədər bu məsələni də diqqətdə saxlamağa çalışıram. Karbohidratlardan az istifadə edirəm. Bəzən şirniyyatsız qala bilmirəm, amma gənclik dövrümə nisbətən daha az yeyirəm”

32 yaşlı futbolçu 2022/23 mövsümündə “şəhərlilər”in heyətində bütün turnirlər daxil olmaqla 50 oyuna çıxıb, 11 qol vurub və 7 məhsuldar ötürmə edib.

“Mançester Siti” bu gün UEFA Çempionlar Liqasının final matçında “İnter”lə qarşılaşacaq. Oyun saat 23:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right