ÇL-də həftənin ən yaxşı oyunçusu bəlli oldu

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk matçlarından sonra həftənin ən yaxşı oyunçusu bəlli olub.

Newsport.az-ın məlumatına görə, bu ada İngiltərənin “Mançester Siti” klubundan Kevin De Bruyne layiq görülüb.

Belçikalı yarımmüdafiəçi səsvermədə İspaniyanın “Real” klubundan Vinisius Junioru, İtaliya “İnter”indən Nikola Barella ilə Henrix Mxitaryanı geridə qoyub.

Xatırladaq ki, belçikalı futbolçu “Real”la 1:1 hesablı heç-heçə etdikləri matçda komandasının yeganə qolunun müəllifi olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right