ÇL: Haland ən yaxşı seçildi

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin son dörd cavab oyunundan sonra həftənin ən yaxşı oyunçusu bəlli olub.

Newsport.az-ın məlumatına görə, bu ada “Mançester Siti”nin (İngiltərə) hücumçusu Erlinq Haland layiq görülüb.

22 yaşlı forvard “Leypsiq”ə (Almaniya) 7:0 hesabıyla qalib gəldikləri cavab matçında 5 qol vurub.

ÇL-də həftənin ən yaxşısı oyunçusu adına Hakan Çalhanoğlu (“İnter”, İtaliya), Kərim Benzema (“Real”, İspaniya) və Viktor Osimhen (“Napoli”, İtaliya) də namizəd idi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right