"Rudar" Bakıya heç-heçə üçün gəlmişdi" – Tahir Gözəl

"Hamımız rəqibin müdafiə futbolu oynadığının şahidi olduq.  Onlar möhtəşəm müdafiə oyunu sərgilədilər. Rəqib nə özü qol vurdu, nə də komandamızın fərqlənməsinə şərait yaratdı". 
 

Newsport.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl Çempionlar Liqasının II təsnifat mərhələsində "Rudar"la bərabərə qaldıqları ilk oyundan (0:0) sonra jurnalistlərə açıqlamasında deyib. 

T.Gözəl rəqib komandanın Bakıya heç-heçə üçün gəldiyini bildirib: "Rəqib komanda Bakıya heç-heçə üçün gəlmişdi və istəklərinə nail oldular. "Qarabağ" oyunboyu rəqibi təzyiq altında saxladı. Cavab matçında qələbə qazanmağa çalışacağıq. Futbolçularda həyəcan olmasına baxmayaraq, yaxşı oyun nümayiş etdirdilər. Dörd yeni transferimizin ilk oyunu idi. Məncə, növbəti oyunda yeni transferlərimiz komandaya daha yaxşı uyğunlaşacaq. 

Onlardan nəsə gözləmək hələ tezdir. Yeni oyunçularımıza bir qədər zaman verməliyik. Rəqibin cavab görüşündə fərqli oyun sərgiləcəyini güman edirəm. Onlar bizə qol vurmağa çalışacaq. Bu səbəbdən cavab matçı daha çətin və maraqlı olacaq. Mən bir klub rəhbəri kimi öz oyunçularıma inanıram. Bir daha anladıq ki, futbolda asan rəqib yoxdur. Avrokubok oyunları həqiqətən də çətin keçir. Matçdan sonra futbolçularıma dedim ki, sizə inanıram, gedin, qələbə qazanın və Azərbaycanı, 1 milyon qaçqınımızı sevindirin".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right