"Neftçi" 22 futbolçu sifariş etdi "Dinamo" ilə oyunlar üçün

“Neftçi” UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Gürcüstanın “Dinamo” (Tbilisi) klubu ilə keçiriləcək oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Newsport.az-ın məlumatına görə, siyahıda 22 futbolçu yer alıb.

Qapıçılar: 30.Aqil Məmmədov, 12.Kamran İbrahimov, 94.Əlirza Müştəbəzadə
Müdafiəçilər: 3.Mamadu Mbodj, 6.Voislav Stankoviç, 20.Mert Çelik, 26.Ömər Buludov
Yarımmüdafiəçilər: 8.Emin Mahmudov, 10.Sezar Meza Kolli, 11.Harramiz Suares, 19.Fəhmin Muradbəyli, 21.İsmayıl Zülfüqarlı, 24.Yusuf Laval, 27.Fərid Yusifli, 29.Sabir Buqrin, 36.Mamadu Kane, 37.Vüsal Əsgərov, 70.Asim Əlizadə, 72.Emin Zamanov, 97.Xəyal Nəcəfov
Hücumçular: 7.Namik Ələskərov, 22.Mirabdulla Abbasov

Bu komandalar arasında ilk oyun iyulun 7-si Bakı vaxtı ilə saat 20:00-da Boris Payçadze adına “Dinamo Arena”da, cavab görüşü isə iyulun 14-ü saat 21:00-da “Bakcell Arena”da keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right