Çempionlar Liqasında İtaliyanın “Yuventus” və Fransanın “Lion” klubları arasında 1/8 final mərhələsinin cavab oyununun vaxtı müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, Fransa klubunun prezidenti Jan-Mişel Ola matçın avqustun 7-də Turində azarkeşsiz keçiriləcəyini deyib.
"Lion" ilk matçda 1:0 hesabı ilə qalib gəlmişdi.
Çempionlar Liqasının oyunları koronavirus pandemiyası səbəbindən mart ayında dayandırılıb.