“Qarabağ”ın potensial rəqibi müəyyənləşir

Bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü atılacaq.

Newsport.az-ın məlumatına görə, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 14:00-da start götürəcək. Püşk nəticəsində Azərbaycanı təmsil edən "Qarabağ"ın Albaniyanın "Kukesi" komandası ilə duelində qalib olacağı təqdirdə, rəqib olacaq klub və ya cütlük qalibinin adına aydınlıq gələcək.

"Qarabağ" - "Kukesi" cütlüyü səpələnmişlər səbətində yer alacaq ki, bu da onlara daha aşağı reytinqli səpələnməmişlər səbətindəki 11 klubdan biri ilə qarşılaşmaq imkanı verəcək.

Çempionlar Liqası

III təsnifat mərhələsi

Çempionlar yolu

Səpələnmişlər

“Zalsburq” (Avstriya)

“Lüdoqorets” (Bolqarıstan) – “Videoton” (Macarıstan) cütünün qalibi

“Seltik” (Şotlandiya) - “Rusenborq” (Norveç) cütünün qalibi

“Legiya” (Polşa) – “Spartak” (Slovakiya) cütünün qalibi

“Astana” (Qazaxıstan) – “Midtulland” (Danimarka) cütünün qalibi

“Qarabağ” (Azərbaycan) – “Kukesi” (Albaniya) cütünün qalibi

Səpələnməmişlər

BATE (Belarus) – HİK (Finlandiya) cütünün qalibi

“Dinamo” (Xorvatiya) – “Hapoel” (Beer-Şeva, İsrail) cütünün qalibi

“Şerif” (Moldova) – “Şkendiya” (Makedoniya) cütünün qalibi

“Malmö” (İsveç) – ÇFR (Rumıniya) cütünün qalibi

“Srvena Zvezda” (Serbiya) – “Suduva” (Litva) cütünün qalibi

AEK (Yunanıstan)

Liqa yolu

Səpələnmişlər

“Benfika” (Portuqaliya)

PAOK (Yunanıstan) – “Bazel” (İsveçrə) cütünün qalibi

“Dinamo” (Kiyev, Ukrayna)

“Ayaks” (Hollandiya) – “Şturm” (Avstriya)

Səpələnməmişlər

“Fənərbaxça” (Türkiyə)

“Spartak” (Moskva, Rusiya)

“Standard” (Belçika)

“Slaviya” (Çexiya)

Qeyd edək ki, III təsnifat mərhələsinin ilk oyunları 7-8 avqustda, cavab qarşılaşmaları isə 14 avqustda keçiriləcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right