"Ronaldonun zəif cəhəti olduğunu düşünmürəm" Jerom Boatenq

UEFA Çempionlar Liqasının 1/2 finalında “Real”la qarşılaşacaq “Bavariya”nın müdafiəçisi Jerom Boatenq Kriştiano Ronaldo haqda danışıb. 

Newsport.az xəbər verir ki,UEFA-nın rəsmi saytına müsahibə verən 29 yaşlı futbolçu bunları deyib: 

“Ronaldo möhtəşəm futbolçudur. Onun zəif cəhəti olduğunu düşünmürəm. “Real” çox güclü heyətə malikdir. Məhz buna görə onlar ardıcıl iki il Çempionlar Liqasının qalibi olublar. Ancaq biz də özümüzə inanırıq və mərhələ adlamaq üçün çalışacağıq. 

Karyeram boyunca Ronaldo kimi güclü futbolçulara qarşı oynamağı arzu etmişəm. Özünüinkişaf etdirmək baxımından bu, əvəzsizdir”.

Qeyd edək ki, “Bavariya” - “Real” oyunu bu gün, saat 22:45-də start götürəcək. 

 

 

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right