Muhammed Salah Etoya çatdı

“Liverpul”un misirli hücumçusu Muhmmed Salah rekorda imza atıb.

Newsport.az xəbər verir ki, 25 yaşlı futbolçu Çempionlar Liqasında ən çox qol vuran afrikalı oyunçu rekorduna şərik çıxıb. Belə ki, Salah 2010-11-ci illərdə “İnter” formasıyla 8 qol vuran Samuel Etonun rekordunu yeniləyib.

O, Çempionlar Liqasının ¼ finalında “Mançhester Siti”yə qarşı oyunun 56-cı dəqiqəsində fərqlənməklə Etoya çatıb.

Qeyd edək ki, Muhammed Salah ½ finalda qol vuracağı təqdirdə, UEFA Çempionlar Liqası tarixində ən çox fərqlənən afrikalı futbolçu olacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right