Samir Abasov: "Qarabağ" artıq çempiondu"

"Futbolçularımı təbrik edirəm. Bu cür oyunlar da olur. Məcburiyyətdən çox qaçdıq. Halbuki bunu istəmirdik. Çünki fikrimiz ən azından kubok oyununa gümrah qalmaq idi. Əfsuslar olsun ki, belə olmadı. Futbolçularımı başa düşürəm. Psixoloji təzyiq var idi. Məqsədimiz qalib gələrək seriyamızı davam etdirmək idi. Sezar Meza Kolli, İvan Brkiç, Voyislav Stankoviç, Mert Çelik kimi futbolçularımız zədəlidi. Bu da futbolçularıma təsir edə bilər. Hələ fikirləşmişdik ki, oyunumuz yaxşı gedər, bəzi oyunçuları da dəyişib istirahət verərik. Əfsuslar olsun ki, bu da alınmadı. Eybi yox, çıxış yolumuz yoxdu. Kuboka hazırlaşacağıq. Əsas odur ki, qalib gəldik".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Premyer Liqanın 24-cü turu çərçivəsində "Səbail"ə qarşı keçirilən oyundan sonra mətbuat konfransında deyib. Abasov, çempionluq mübarizəsi haqda danışarkən, "Qarabağ"ın bu mövsüm çempion olacağını da etiraf edib:

"Bəzi oyunçular var ki, sabah təkrar müayinəyə göndəriləcək. Vəziyyətimiz yaxşı deyil. Bu oyuna kimi çalışırdım ki, bəlkə nikbin yanaşam duruma. Amma bu oyun məni narahat etdi. "Qarabağ" artıq çempiondu. Bunu gizlətməyək. Biz xal itirsək də, itirməsək də bu, belədi. İki komandanın digər rəqiblərə qarşı oyunu göz qabağındadı. Mən nə desəm də, siz baxırsız, görürsüz. Məqsədimiz var idi ki, seriyamızı davam etdirək, kubok oyunöncəsi əhvalımız yaxşı olsun".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right