Aleksey Baqa məğlubiyyəti şərh etdi: "Daha çoxuna layiq idik"

Premyer Liqanın 24-cü turu çərçivəsində "Zirə"ni qəbul edən "Sumqayıt" matçdan məğlub ayrılıb.

Newsport.az-ın məlumatına görə, "gənclik şəhəri" təmsilçisinin baş məşqçisi Aleksey Baqa matçdan sonra keçirilən mətbuat konfransında oyunu şərh edib:

"Doğrudu, Andrey Popoviç bir neçə epizodda bizi qoldan xilas etdi. Amma komandanın göstərdiyi oyun, meydandakı bütün amillər onu deməyə əsas verir ki, bu gün daha çoxuna layiq idik. Kollektiv meydanda istək və birlik nümayiş etdirdi. Xal toplamaq istəyiriksə, nəinki bir, hətta yarım epizodlarını da dəyərləndirməliyik”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right