"Şamaxı"nın baş məşqçisi: "Bu cür məğlubiyyət gözləmirdik"

Premyer Liqanın 24-cü turunun "Sabah" - "Şamaxı"(5:1) matçından sonra qonaq komandanın baş məşqçisi Rüstəm Əliyev oyundan sonra mətbuat konfransında iştirak edib. 

Newsport.az-ın məlumatına görə, Əliyev komandasının məğlubiyyətini dəyərləndirib:

"Açığı bu cür məğlubiyyət gözləmirdik. Komandaya bir həftədir ki, baş məşqçi təyin olunmuşam. Futbolçularla söhbətimiz olmuşdu. Həftəiçi futbolçular canla-başla məşqlərini davam etdirdilər, oyuna hazırlaşmışdıq. Komandadan qələbə, ən pis vəziyyətdə heç-heçə gözləyirdim. Amma acı məğlubiyyətlə üzləşdik. "Sabah" həqiqətən yaxşı komandadı. Murad Musayev gəldikdən sonra böyük dəyişikliklər olub, avrokuboklara oynayırlar. Hər şey də göz qabağındadı".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right