"Qəbələ"nin məşqçisi: "Aparıcı oyunçularımızın zədəli olması oyunumuza təsir edir"

"Qəbələ"nin məşqçisi Xaqani Məmmədov Premyer Liqanın 24-cü turunun "Qarabağ"la oyunundan sonra mətbuat konfransında iştirak edib.

Newsport.az-ın məlumatına görə, bölgə klubunun məşqçisi görüşlə bağlı danışıb:

"Bizim üçün çox çətin oyun oldu. Ciddi də hazırlaşmışdıq, meydana qələbə üçün çıxmışdıq. Amma itkilərimiz var və bu, oyunumuza çox təsir edirdi. Geridə qalan oyunlarda da bu məqam bizə çox təsir edib. İstədiyimiz oyunu oynaya bilmədik. "Qarabağ"ın gücünə bələdik. Bu gün kasad heyətlə çalışdıq ki, "Qarabağ"a qarşı nələrsə edək. Gücümüz bu qədər çatdı".

- Mövsümün əvvəlindəki futbolçu və məşqçi heyətilə yola davam edirsiniz. Amma komanda ayyarımdı qalib gələ bilmir. Nə oldu?
- Elə bir dəyişiklik yoxdu. Dediyim kimi, aparıcı oyunçularımız zədəlidi və bizə kömək edə bilmirlər. Ona görə də oyunumuza təsir edir. Bunlara görə meydanda istədiyimizi edə bilmirik. 3-4 gündən bir oyunlara çıxırıq. Kubok matçları oynayırıq. Gərək heyət geniş olsun. Bunun olmaması oyunumuza təsir edir. Çempionatın da qızğın vaxtıdı.

- Nicat Mehbalıyev bu mövsüm qapıdakı yerini birdəfəlik itirdi?
- Belə olduğunu düşünmürəm. Kim hazırdısa onlar da meydanda olacaq. Baş məşqçimiz də belə düşünür.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right