"Karyeramı başa vurmaq haqda düşünmürəm, oynamaq üçün hələ gücüm var"

"Karyeramı başa vurmaq fikrim yoxdu. İstəyirəm ki, karyeramı davam etdirim. Oynamaq üçün hələ gücümü var. Ən azı bir il də oynaya bilərəm. Amma harada, necə, bunu indi fikirləşmək tezdi. Çünki çempionatın sonuna hələ var. Necə olacaq bilinmir. Bütün fikrimi oyunlara yönəltmişəm. İstəyirik ki, turnir cədvəlində ən azından bir pillə də olsa qalxaq".

Newsport.az-ın məlumatına görəbu sözləri Sportal.az saytına açıqlamasında Rahid Əmirquliyev deyib. 

"Səbail"in kapitanı karyerasını başa vuracağı ilə bağlı çıxan xəbərlərə münasibət bildirib. Bununla yanaşı təcrübəli futbolçu mövsüm sonunda "Xan Lənkəran"a keçə biləcəyi haqda yayılan xəbərə də reaksiya verib:

"Karyeramı başa vurmaq, "Xan Lənkəran"a keçəcəyimlə bağlı söhbətlər doğru deyil. Guya danışmışıq, söhbət etmişik. Heç kimlə danışmamışam, doğru olmayan söhbətlərdi" - deyə, Rahid Əmirquliyev fikirlərini yekunlaşdırıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right