Elxan Məmmədov AFFA-nın icraçı vitse-prezidentliyindən gedir

Mayın 1-dən Avropa Milli Assosiasiyaları üzrə direktoru vəzifəsinin icrasına başlayacaq Elxan Məmmədov AFFA-nın icraçı vitse-prezidenti vəzifəsindən ayrılacaq.

Newsport.az-ın xəbərinə görə, AFFA-nın yaydığı rəsmi açıqlamada qeyd edilir ki, o, fəaliyyətini İcraiyyə Komitəsinin üzvü və ictimai əsaslarla vitse-prezident olaraq davam etdirəcək.

AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla Qol.az-a bildirib ki, E.Məmmədov daha icraçı vitse-prezident deyil, digər vitse-prezidentlər kimi fəaliyyətini ictimai əsaslarla davam etdirəcək. Onun əsas işi bundan sonra FİFA-da olacaq: "Tapşırılan işlərin icrası ilə İcraçı vitse-prezident məşğul olur. Amma Elxan Məmmədov FİFA-da yeni vəzifəyə təyin olunduğuna görə ictimai əsaslarla AFFA-da vitse-prezident kimi fəaliyyətini davam etdirəcək. Necə ki, digər vitse-prezidentlər Elşad Nəsirov və Rauf Əliyev ictimai əsaslarla çalışır, Elxan Məmmədov da elə çalışacaq".

E.Məmmədov FIFA-nın Paris ofisində fəaliyyət göstərəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right