"Qarabağ"dan qələbə, "Zirə" "Neftçi" ilə heç-heçə etdi Yenilənib

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, "Qəbələ" doğma meydanda "Qarabağ"la qarşılaşıb və 1:3 hesabı ilə uduzub.  "Zirə" isə "Neftçi"ni qəbul edib. Matç qolsuz bərabərliklə başa çatıb.

Qeyd edək ki, yarımfinal mərhələsinin cavab görüşləri aprelin 29-u keçiriləcək.

20 aprel (çərşənbə)

20:00. “Zirə” – “Neftçi” - 0:0
Hakimlər:
 Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Vüqar Həsənli
Zirə İdman Kompleksinin stadionu

17:30. “Qəbələ” – “Qarabağ” - 1:3 

Qollar: Asif Məmmədov, 5 (1:0), İsmayıl İbrahimli, 16 (1:1), Vadji İbrahima, 87 (1:2), Kadi Borqes, 90+3 (1:3)
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Rauf Allahverdiyev
Qəbələ şəhər stadionu

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right