“Bank Respublika Arena”da qapıçıların günü

14 aprel – Beynəlxalq Qapıçılar Günü ilə bağlı “Bank Respublika Arena”da “Sabah”ın əsas komandasının qapıçıları ilə klubun Futbol Akademiyasının və “Vətən” Futbol Məktəbinin qolkiperləri arasında görüş olub.

Newsport.az-ın məlumatına görə, görüş zamanı ilk olaraq əsas komandanın qapıçılar üzrə məşqçisi Vitali Kovalyov azyaşlı qapıçılara ustad dərsi keçib, oyunlar zamanı qolkiperlərin diqqət yetirməli olduğu məqamlar barədə danışıb. Daha sonra azyaşlı qapıçılar əsas komandanın qolkiperləri Səlahət Ağayev, Yusif İmanov, Aleksandr Neçayev və Rüstəm Samiqullinə suallar ünvanlayıb, onlarla birgə futbol oynayıblar. Görüşün sonunda Vitali Kovalyovun suallarına ən yaxşı cavab verən bir azyaşlı qapıçıya qolkiperlərin imzalı forması hədiyyə verilib.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right