Qurban Qurbanov əsrə sığmayan 50 ildi..

3 Avqust, 2008-ci il.. `Qarabağ` Futbol Klubunun o zaman məskunlaşdığı `Ruslan-93` idman kompleksi..
 
.. 1 gün öncə komandanın baş məşqçisi heç kimə demədən düşərgəni tərk edib başqa 1 klubla müqavilə bağlayıb. Çempionatdakı ilk oyuna isə sadəcə 6 gün qalıb.. Çoxsaylı transferlər edilib, qarşıya avrokuboklar hədəfi qoyulub, komanda isə başsızdı..
 
.. Əsəbi, gərgin, skeptik durum yaranıb. Bu vəziyyətdə komandanı kim götürsəydi belə `nəticə` sözünə risk etməyəcəkdi.. Amma günorta saatlarında`Ruslan-93`dəki 3 otaqlı ofisə cins şalvarlı, 3 düyməli köynəkdə 36 yaşlı gənc yaxınlaşdı. Çayçı otağında 1 stəkan  çay içib Emrah Çelikellə görüşə girdi..
 
.. Qabağına futbolçuların siyahısı qoyuldu. Əlavə olaraq Zaur Ramazanov və Emin İmaməliyevin də komandaya qoşulmağının mümkünlüyü bildirildi. 36 yaş bu gənc siyahıya nəzərə salıb bu komandayla işləmək olar deyib yükü üzərinə götürdü..
 
Amma yəqin heç kim inanmazdı ki, 6 aylıq müqaviləylə işə başlayan bu şəxs nəinki `Qarabağ` FK-nın bütün Azərbaycan futbolunun yükünü öz üzərinə götürəcəkdi..
 
..Bəli, 6 aylıq yola çıxan gəncin bugün tamamlanan 50 yaşında Azərbaycan futbolunda bir daha fərdi olaraq qazanılmayacaq olduqca rəngarəng `nəticələr`lə doludu. 
 
Xəyalları belə əlçatmaz olan uğurlar qazan(dır)dı. Göstərdi ki, bir şeyin xəyalını qurmaq onun üçün dayanmadan, səbrlə, zamanını gözləməklə gerçəkləşdirmək mümkündü..
 
 Kimdir, 50 yaşlı Qurban Qurbanov? 
 
  Olduqca ağır amma şəffaf sualdı. 36-sında 50, 50-sində 36 yaşındadı Qurbanov..
 
Yazıram, pozuram, yazıram, pozuram.
 
Oxuma ehtimalını nəzərə alıb  `gərək, elə şeyləri yazmazdın` deyəcəyinə görə götür-qoy edirəm. 
 
Səhnənin önündə çoxsaylı titullar bərq vursa da pərdənina arxasında Qurbanovun zəhmətinin, əxlaqının, səbrinin ağırlığı var..
 
Həmişə bir gözü gülüb, 1 gözü ağlayıb onun. 
 
Amma heç vaxt əzmini, səbrini itirməyib.
 
Dilə gətirməsə də qazandıqlarını bəzən 1 təbəssümə sığdırıb.
 
Hansısa haqsızlığı,uğursuzluğu da qaşlarının düyüntüsündə gizlədib.
 
Nə qədər paradoksal olsa da həmişə eyni olub:
 
 `İnter`lə məlum qol olayında, `Viktoriya`ya ağılkəsməz yenilgidə nə olubsa ilk çempionluğunda, Çempionlar Liqasında düşəndə və ya millidən ən haqsız şəkildə uzaqlaşdırılanda da həmişə eyni adam olub.
 
Təbii ki, içində təlatümlər tüğyan edib. Amma o hər uğursuzluğu  sınmayıb, nə də hansısa uğura sığınıb. 
 
Dünənlə yaşamayıb, sabaha isə yeni çağırış kimi baxıb.
 
Onunla çalışdığım 13 il ərzində onun 1 dəfə də olsun uğursuzluğa görə bədbinliyə düşdüyünü görmədim.
 
Və ya hansısa uğura görə təşəxxüsləndiyini də görmədim. 
 
Əksinə, məsələn  hər dəfə ölkə prezidenti onu tərifləyəndə üzərində məsuliyyət ağırlığını hiss edib. 
Bunu onun baxışlarında, davranışlarında rahat müşahidə etmək olar. 
 
Və ya  hansısa ucqar bir kənddə bir soydaşının diqqətinə, sevgisinə  o qədər ehtiramla yanaşıb ki, bunu başqası edə bilərdimi sualını yaradıb.
 
Fikirlərimin qəliz olduğunu anlayıram) Detallardan qaçaraq 50 yaş portretini 13 illik fərdi impresionist çalarını boyamağa çalışdım.
 
Yaza bilmədiklərim yazdıqlarımdan daha çox və böyükdü. Amma 1 gün mütləq yazacam..
 
Lakin,  indi qəti olaraq ifadə olunacaq bir şey var: 
 
Qurban Qurbanov Azərbaycan futbolunun başına gələ biləcək ən böyük hadisədi. 
 
Qurban Qurbanov vətənini sevən, bundan usanmayan böyük azərbaycanlıdı.
 
Qurban Qurbanov Azərbaycan əxlaqıdı.
 
Qurban Qurbanov öyrəniləcək,  öyrədiləcək fenomendi..
 
Qurban Qurbanov əsrə sığmayan 50 ildi..
 
Nurlan Ibrahimov




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right