Xorvatiya mətbuatı: "Emreli sübut etdi ki, ona daha çox etibar etmək lazımdı"

Xorvatiya mətbuatı "Dinamo"nun azərbaycanlı hücumçusu Mahir Əmrelinin çempionatın 30-cu turunun "Riyeka" ilə matçında (2:1) ilk qolunu vuraraq, oyunda hesabı bərabərləşdirməsini yüksək qiymətləndirib.

Newsport.az "24sata" istinadən xəbər verir ki, xorvatiyalı həmkarlarımız Emreli barədə bu cür yazıb: "Riyekada uğurlu çıxış edən "Dinamo" Mahir Əmrəli və Aryan Ademinin qolları ilə vacib qələbə qazanıb (2:1). Mahir həm dıə "Riyeka" futbolçulardan birinin meydandan kənarlaşdırılmasına da səbəb olub. Zaqreblilər böyük iradə nümayiş etdirərək nəticəni dəyişə bildilər. 

"Dinamo"nun "Rujevitse" stadionunda iki əsl qəhrəmanı vardı - Ademi və Emreli. Kapitandan bu, gözlənilirdi. Lakin azərbaycanlı hücumçu sübut etdi ki, ona daha çox etibar etmək lazımdı. Onun sol ayağının "Dinamo"ya böyük faydası ola bilər. Mahir Emreli "klas"dı. Hücumçu artıq "Dinamo"da ilk qolu vurub. Ümumilikdə o, indiyədək 6 oyunda 227 dəqiqə meydanda olub. Amma bu müddətdə özünü göstərə bildi. Mahir Əmreli bir qol  vurub ("Riyeka"), dirəyə iki zərbə ("Şibenik" və "Hrvatski Draqovolaç") endirib, iki dəfə isə rəqibini meydandan  uzaqlaşdırmasına ("Sevilya" və "Riyeka") səbəbkar olub. 

Deyəsən, o, Bruno Petkoviç kimi topla oynamağı sevir və bu, Jelko Kopiç üçün problem yarada bilər. “Dinamo” azərbaycanlı hücumçunu mərkəz hücumçusu kimi dəvət edib, amma deyəsən, Emreli sağ cinahda daha yaxşı oynayır. O, topla cərimə meydançasına daxil olanda panikaya səbəb olur...

Mahir Emrəli "Maksimir"ə yaxşı snayper adı ilə dəvət edilib. “Qarabağ”da 185 matçda 67 dəfə fərqlənib (24 məhsuldar ötürmə), “Legiya”da 33 oyuna çıxıb, 11 qol vurub. Bu isə “Dinamo”nun titul uğrunda mübarizədə lazımi qolları vura biləcəyinin sübutudu.

"Dinamo" cümə günü "İstra" ilə qarşılaşır və Kopic daha aqressiv oynamalıdır. Azarkeşlər "müdafiə stabilliyi"ndən yorulublar. “Dinamo” belə rəqibləri "tapdalamalıdı". Göründüyü kimi, Emreli ilk dəqiqədən meydanda olacaq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right