"Neftçi"nin istədiyi futbolçu "Bavariya" ilə müqavilə imzaladı

Almaniyanın "Bavariya" klubu İsveçrə "Bazel"inin sabiq futbolçusu Dimitri Oberlini heyətinə qatıb.

Newsport.az Münhen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı hücumçu ilə mövsümün sonunadək müqavilə imzalanıb.

İsveçrəli forvard klubun Almaniyanın III divizionunda çıxış edən əvəzedici komandasında oynayacaq. Oberlin ölkə çempionu ilə azad agent kimi anlaşıb. O, qışda "Bazel"lə müqaviləsini ləğv edib.

Qeyd edək ki, Dimitri Oberlini qış fasiləsində "Neftçi" öz heyətinə qatmaq istəyib. Lakin futbolçu "ağ-qaralar"ın təklifini mənfi cavablandırıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right