“Neftçi” evdə 400-cü matçını keçirən ilk klub oldu

“Neftçi” Azərbaycan çempionatlarında 400-cü ev oyununu keçirib.
 
Newsport.az xəbər verir ki, yubiley matçı Premyer Liqanın 13-cü turuna təsadüf edib.
 
“Keşlə”ni qəbul edən “ağ-qaralar” 2:1 hesabı ilə qalib gəlib. Bu, “Neftçi”nin öz meydanında 252-ci qələbəsi olub. Aktivində 91 heç-heçə də olan paytaxt təmsilçisi doğma divarlar arasında 57 məğlubiyyət alıb. “Ağ-qaralar” evdə 400 oyun keçirən ilk komanda olub.
 
Qeyd edək ki, “Neftçi” ölkə çempionatlarında ilk ev oyununu 1992-ci il mayın 8-də Sumqayıt “Xəzər”inə qarşı keçirib. Həmin oyunda bakılılar 1:0 hesablı qələbə qazanıb.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right