Azərbaycan derbisinə olan maraq

Azərbaycan Premyer Liqasının 16-cı turun oyunlarını izləmiş azarkeş sayı məlum olub.

Newsport.az-ın məlumatına görə, ən yüksək göstərici Tofiq Bəhramov adına Respublika stadionunda qeydə alınıb. “Qarabağ”ın “Neftçi” ilə qolsuz heç-heçə etdiyi turun bağlanış oyununu 3200 azarkeş izləyib.

Ən aşağı göstərici isə “Sabah” – “Qəbələ” (3:2) görüşündə qeydə alınıb. Masazırdakı “Bank Respbulika Arena”da 400 azarkeş olub.

"ASK Arena"da keçirilmiş “Keşlə” – “Səbail” matçını (0:1) 650, Sumqayıtdakı "Kapital Bank Arena"da baş tutan “Sumqayıt” – “Zirə” görüşünü (2:1) isə 800 nəfər stadiondan izləyib.

Ümumilikdə turun 4 oyununda 5050 azarkeş olub. Bu da orta hesabla hər matçı 1265,5 nəfərin izləməsi deməkdir.

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right