"Bu qələbə növbəti uğurların başlanğıcı olacaq" “Sabah”ın futbolçusu

“Sabah”ın futbolçusu Amadu Diallo Premyer Liqanın VI turunda “Səbail”i məğlub etdikləri (3:0) oyundan sonra jurnalistlərə açıqlama verib.

Newsport.az-ın məlumatına görə, fransalı vinger öncə qələbəni şərh edib:

“Bu bizim üçün çox önəmli qalibiyyət idi. Qələbəni mövsümün əvvəlindən gözləyirdik. 3 xal qazandığımız üçün həddindən artıq çox xoşbəxtik”.

25 yaşlı oyunçu bildirib ki, kollektiv hazırkı əhval- ruhiyyəni saxlamalıdır: “Belə oynamağa davam etməliyik. Matçda qələbə qazanmaq istəyirdik. Birinci qoldan sonra müdafiəyə çəkilmədik. İki və daha çox qol vurmaq istəyirdik. Düşünürəm ki, komandadakı qələbə yanğısı normaldır”.

Diallo “Sabah”ın uğursuzluq zolağından çıxa biləcəyinə inandığını söyləyib: “İnanıram ki, bu qələbə növbəti uğurların başlanğıcı olacaq. Bu şəkildə davam edəcəyik”.

Amadu öz oyunu barədə də fikirlərini səsləndirib: “Artıq kollektivə uyğunlaşmışam. Komanda yoldaşlarımla bir-birimizi daha yaxşı tanımağa başlayırıq. İnanıram ki, gələcəkdə daha da yaxşı olacaq”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right