"Qarabağ"a 0:2 hesablı məğlubiyyət gözləyirəm" "Düdelanj"ın futbolçusu

"Avropa Liqasında oynamaq hər bir futbolçu üçün xəyaldı. Almaniyada bu turnirdə iştirak etmək istəyirsənsə, Bundesliqanın ən yaxşı 5-6 klubu arasında olmalısan. Bu mənada Lüksemburqa köçməklə tamamilə doğru addım atdığımı düşünürəm". Newsport.az saytının məlumatına görə, bunu "Düdelanj"ın yarımmüdafiəçisi Dominik Stolz deyib.

Lüksemburq klubu Avropa Liqasının A qrupunda "Sevilya", "Qarabağ" və APOEL-lə üz-üzə gələcək. İlk görüşünü bu gün kiprlilərə qarşı keçirəcək "Düdelanj"da Stolz "Kicker"ə açıqlamasında təəssüratlarını bölüşüb.

29 yaşlı almaniyalı futbolçu "Sevilya" ilə duelləri səbirsizliklə gözlədiyini vurğulayıb. O, həmçinin qrupda sonuncu olacaqlarını düşünür: "Sandhauzen"də oynayarkən bir gün "Sevilya"ya qarşı çıxış edəcəyimi təsəvvür etməzdim. Amma indi bu, reallaşır. Futbol gülməli hekayələr yazır. Bu dəfə ötənilkindən fərqli rəqibimiz "Betis" yox, "Sevilya"dı. Belə bir vaxtda baş məşqçi dəyişikliyi bizi çətin duruma sala bilər. "Sevilya", "Qarabağ" və APOEL kimi komandaların yer aldığı qrupdan çıxacağımızı düşünən insanlar var. Məncə, bu iddia şişirdilib. Açığı, azərbaycanlılar və kiprlilərlə duellərdə 0:2 hesablı məğlubiyyət gözləyirəm. Şəxsən mən "Ayntraxt", "Mançester Yunayted" və "Espanyol"la bir qrupa düşməyi arzulayırdım. Çünki belə rəqiblərlə, xüsusən də, "Mançester Yunayted"lə hər dəfə üz-üzə gəlmək şansın olmur".

Qeyd edək ki, bu gün APOEL-in qonağı olacaq "Düdelanj" II turda oktyabrın 3-də "Qarabağ"ı qəbul edəcək.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah